BAKI, 5 noyabr. TELEQRAF
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2025-ci il üzrə İlin Komandası üçün səsvermənin nəticələrini açıqlayıb.
Teleqraf xəbər verir ki, sorğuda 20.000-dən çox oyunçu iştirak edərək, hər mövqe üçün üç futbolçu seçiblər.
Ən yaxşı hücumçular üçün səsvermənin nəticələri sosial mediada səs-küyə səbəb olub. Lionel Messi (səslərin 18%-i) və Kriştianu Ronaldu (16%) ilk beşliyə daxil olublar, onlar Rafinya (15%), Məhəmməd Salah (15%) və Erlinq Holandı (13%) qabaqlayıblar.
İngiltərəli hücumçu Harri Keyn 7% səslə 10-cu yerdə qərarlaşıb.
Keyn ötən mövsüm Bundesliqada 31 oyunda 26 qol vurub, cari mövsümdə isə 13 oyunda 17 qol müəllifi olub.