AZ

NATO Kalininqradı blokadaya alır

BAKI, 5 noyabr. TELEQRAF

NATO Rusiya eksklavı Kalininqrad vilayətinin blokadası ssenarisi üzərində işləyir və Baltik dənizi regionunu öz qüvvə və resursları ilə hərbiləşdirir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Diplomatın sözlərinə görə, NATO-nun hərbi təlimləri zamanı müxtəlif ssenarilər, o cümlədən Kalininqrad vilayətinin blokadası işlənir. O qeyd edib ki, regionun aktiv şəkildə hərbiləşdirilməsi, koalisiya qüvvələri və vasitələrinin ora cəlb edilməsi müşahidə olunur.

Qruşko vurğulayıb ki, bu şəraitdə ümumi gərginliyi azaltmağa yönəlmiş dialoq potensialını görmək çətindir: “Çünki NATO ölkələri Rusiyadan fərqli olaraq, bölgədə deeskalasiya yollarının bərabərhüquqlu və səmimi müzakirəsinə açıq deyillər”.

Fransanın “AgoraVox” nəşri noyabrın 3-də yazmışdı ki, Kalininqradın NATO tərəfindən mümkün dəniz blokadası Üçüncü Dünya müharibəsinə səbəb ola bilər: “Üstəlik, Rusiya ilə ABŞ arasında Soyuq müharibənin yenidən başlaması və ABŞ-nin Qısa və Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən çıxmasını nəzərə alsaq, bu fonda Üçüncü Dünya müharibəsini istisna etmək olmaz”.

Seçilən
10
teleqraf.com

1Mənbələr