AZ

ABŞ-də təyyarə qəzası: 7 nəfər ölüb | VİDEO

AzVision.az “CNN” telekanalına və “FlightRadar24” nəşrinə istinadən bildirir verir ki, qəza təyyarə havaya qalxdıqdan az sonra Luisvildən Honoluluya uçarkən baş verib.

Təyyarədə üç ekipaj üzvü olub. Son məlumatlara görə, qəza nəticəsində 7 nəfər ölüb, 11 adam isə yaralanıb.

“Ölənlərin sayı azı 7 nəfərə çatıb və bu rəqəmin artacağı gözlənilir. Təcili yardım əməkdaşları hadisə yerindədir, yanğını söndürmək və araşdırmanı davam etdirmək üçün səylərini əsirgəmirlər”,- Kentukki ştatının qubernatoru Endi Beşir “X” sosial şəbəkəsində bildirib.

Qubernatorun sözlərinə görə, qəza nəticəsində tullantıların emalı zavoduna və avtomobil hissələri mağazasına ziyan dəyib.

Luisvil şəhərindəki Məhəmməd Əli adına Beynəlxalq Hava Limanında təyyarənin uçuş-enmə zolağına yaxın düşməsindən sonra böyük qara tüstü qalxıb. Luisvill hava limanı UPS üçün qlobal mərkəzdir. Şirkətin məlumatına görə, orada gündə iki milyondan çox bağlama emal edən 12 mindən çox işçi çalışır.

Təyyarə qəzasından sonra baş verən güclü yanğın geniş ərazini bürüyüb. Yerli hakimiyyət orqanlarıaeroportu bağlayıb və hava limanından 8 kilometr radiusda olan sakinləri müvəqqəti olaraq təxliyə ediblər.

“WLKY” helikopterindən çəkilmiş görüntülərə istinad edən “CBS News” telekanalının ehtimalına görə, göyərtədəki yanacaq çəninin dolu olmasıböyük yanğını törədə bilərdi. Təyyarənin göyərtəsində təxminən 946 ton yanacaq olub. Lakin qəzanın rəsmi səbəbi hələ müəyyən edilməyib.

“McDonnell Douglas MD-11F” əvvəlcə “McDonnell Douglas” daha sonra isə “Boeing” şirkəti tərəfindən istehsal edilən yük təyyarəsidir. Əsasən “FedEx Express”, “Lufthansa Cargo” və “UPS Airlines” şirkətləri tərəfindən yüklərin daşınması üçün istifadə olunur.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
31
azvision.az

1Mənbələr