AZ

Xabi Alonso "Real"ın "Liverpul"a uduzmasının səbəbini açıqladı

"Real Madrid"in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının Liqa mərhələsində komandasının "Liverpul"a uduzduqları oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti ispaniyalı mütəxəssisin fikirlərini belə çatdırıb: 

"Yaxşı mübarizə apardıq və oyun bərabər, hətta bəzi epizodlarda üstünlüyümüz şəraitdə keçdi. Sadəcə, sona yaxın qayda pozuntularından və künc zərbələrindən qaçmalıydıq. "Liverpul" bu standart vəziyyətlərdən qapımız qarşısında xeyli təhlükə yaratdı. Tibo Kurtua parlaq oynadı. Bu məğlubiyyətdən dərs almağa çalışacağıq". 

Xatırladaq ki, “kral klubu” səfərdə “Liverpul”a 0:1 hesabı ilə məğlub olub. Bu, "Real Madrid"in Çempionlar Liqasının Liqa mərhələsində ilk məğlubiyyətidir.

Seçilən
9
2
fanat.az

3Mənbələr