AZ

Dioqo Jota ölümündən sonra 2025-ci ilin Avropa Futbolçusu seçildi

Avtomobil qəzasında həlak olan “Liverpul”un yarımmüdafiəçisi Dioqo Jota ölümündən sonra “Tuttosport” tərəfindən 2025-ci ilin Avropanın ən yaxşı futbolçusu seçildi seçildi.

3 iyulda 28 yaşlı Jota və qardaşı Andre Silvanın İspaniyanın şimal-qərbində baş verən avtomobil qəzasında həlak olduqları açıqlandı. Onların olduğu avtomobil yoldan çıxaraq yanıb.

2024/25 mövsümündə Jota “Liverpul”da 37 oyun keçirib, doqquz qol vurub və dörd məhsuldar ötürmə edib.

Portuqaliyalı “Liverpul”la İngiltərə Premyer Liqasını, FA Kubokunu və iki Liqa Kubokunu qazanıb. Jota həmçinin Portuqaliya millisi ilə iki dəfə Millətlər Liqasını qazanıb.

Almaz Həsənli

Seçilən
21
1
oxumeni.az

2Mənbələr