AZ

Azərbaycanda 9 investisiya şirkətinin əməliyyat sayı mindən çoxdur

Bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ümumi əməliyyat sayı açıqlanıb.

FED.az xəbər verir ki,  investisiya əməliyyatlarının sayına görə lider "ABB İnvestisiya Şirkəti" QSC-dir. Şirkət 21 min 809 əməliyyatla digər rəqiblərini xeyli qabaqlayaraq bazarın ən aktiv oyunçusu olduğunu nümayiş etdirib. Bu göstərici "ABB İnvestisiya Şirkəti"nin geniş müştəri bazasına və yüksək əməliyyat sürətinə malik olduğunu vurğulayır.

İkinci yerdə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Şirkət 7,268 əməliyyatla bazarın önəmli iştirakçılarından olduğunu sübut edir. "Unicapital İnvestisiya Şirkəti" ASC isə 6,313 əməliyyatla üçüncü pillədə yer alaraq əməliyyat aktivliyində ilk üçlüyə daxil olub.

Bazarın orta sıralarında yer alan şirkətlər arasında "Troni Kapital İnvestisiya Şirkəti" ASC (5,601 əməliyyat) və "CPM-İnvest İnvestisiya Şirkəti" QSC (2,621 əməliyyat) öz aktivlikləri ilə seçilir. 

"Assist Finance İnvestisiya Şirkəti" ASC (1,500 əməliyyat), Capital Partners İnvestisiya Şirkəti" QSC (1,490 əməliyyat) və "İnvest-Az İnvestisiya Şirkəti" ASC (1,489 əməliyyat) də minlərlə əməliyyatla bazarda orta aktivliyə malikdirlər. Bu şirkətlərin bir-birinə çox yaxın əməliyyat göstəriciləri aralarındakı rəqabətin güclü olduğunu göstərir.

Siyahının sonlarında yer alan şirkətlər daha az əməliyyat sayı ilə təmsil olunur. "İnno Kapital İnvestisiya Şirkəti" ASC (1,036 əməliyyat) min əməliyyat həddini keçmiş yeganə kiçik şirkətdir. "Xalq Kapital İnvestisiya Şirkəti" QSC (182 əməliyyat), "CFI Financial İnvestisiya Şirkəti" QSC (89 əməliyyat), MFX Trading İnvestisiya Şirkəti (68 əməliyyat) və ASC "Xalq" Bankı (53 əməliyyat) isə əməliyyat sayına görə bazarda ən kiçik paya sahibdirlər. 

Seçilən
18
fed.az

1Mənbələr