AZ

Abid Tahirli: “Yunus Oğuz haqqında çox danışmaq olar – o, hər gün mətbuatda, oxucuların yaddaşındadır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, publisist, filologiya üzrə elmlər doktoru Abid Tahirli tanınmış yazıçı və filosof Yunus Oğuzun TÜRKSOY-un "Onur nişanı"ı ilə təltif olunması münasibətilə keçirilən tədbirdə çıxış edərək, yazıçını səmimi şəkildə təbrik edib.
Abid Tahirli çıxışında Yunus Oğuzun müasir Azərbaycan ədəbiyyatında və mətbuatında fəal mövqeyindən danışaraq onun yaradıcılığını yüksək qiymətləndirib:
"Yunus Oğuz haqqında çox danışmaq olar. Çünki o, hər gün mətbuatda görünür, daim ictimai fikir məkanındadır. Onun romanlarının adlarını sadalamaq üçün bir neçə dəqiqə kifayət etməz. Bu, onun nə qədər məhsuldar və dinamik yaradıcılığa malik olduğunun göstəricisidir."

Filoloq qeyd edib ki, Yunus Oğuzun "Cığır" romanı ədəbi mühitdə geniş maraq doğurub və əsərin mövzu seçimi, bədii dili, təsvir və ifadə vasitələri ilə oxucular arasında xüsusi populyarlıq qazanıb:
"Biz "Cığır" romanı ilə bağlı çoxlu müzakirələr aparmışıq. Yunus Oğuz tarixi faktları necə topladığını, onları necə bədii şəkildə təqdim etdiyini ustalıqla göstərir. Bu kitab həm ədəbi, həm də mənəvi baxımdan dəyərli əsərdir."

Abid Tahirli həmçinin qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və TÜRKSOY-un Baş katibi Sultan Raevə də təşəkkürünü bildirib. O, təşkilatın türk xalqları arasında mədəni və ədəbi əlaqələrin inkişafına böyük töhfələr verdiyini vurğulayıb:
"Bu 32 il ərzində TÜRKSOY-un çoxsaylı möhtəşəm tədbirləri keçirilib. Amma biz arzu edərdik ki, türk xalqlarının, o cümlədən Azərbaycan mühacirətinin ədəbi irsi, coğrafi və tarixi izləri bu istiqamətdə daha geniş şəkildə təqdim olunsun."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
48
olaylar.az

1Mənbələr