AZ

"Azərbaycan bu fəlsəfəyə sadiq olduğu üçün demokratik bir cəmiyyət qurmağa nail olub" -

"Bu günkü festivalın fəlsəfəsi üstünlük anlayışından uzaqlaşaraq insanlıq anlayışına yönəlir".Mətbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa "Fərqliliyin Rəngi" festivalında çıxışı zamanı deyib. Deputat vurğulayıb ki, Azərbaycan cəmiyyəti bu fəlsəfəyə sadiq olduğu üçün demokratik bir cəmiyyət qurmağa nail olub:

"Vətən müharibəsində yalnız bir millətin nümayəndəsi şəhid olmadı — Azərbaycanda yaşayan müxtəlif dini mənsubiyyətə malik insanlar da şəhid oldular. Bu savaşdan qazandığımız təkcə suverenliyimizin bərpası deyil, həm də Azərbaycanın bütövlüyünün təmin olunması oldu. Bu festival isə ölkəmizin tolerantlığının gözəl nümunəsidir".

Seçilən
12
1
metbuat.az

2Mənbələr