AZ

Adambaşına düşən ÜDM də fərqli göstərici, manatın taleyi Deputatdan vacib açıqlama

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mərkəzi Bankın özünün açıqlamalarında da xüsusilə qeyd olunur ki, növbəti dövrdə manatın məzənnəsi tədiyyə balansından, ölkəyə daxil olan valyutanın həcmindən asılı olacaq. Bununla belə, manatın məzənnəsinə ən çox təsir göstərən faktor neftin qiyməti olaraq qalmaqdadır".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Vüqar Bayramov növbəti ildə sosial xərclərə ayrılan vəsait və sosial durumla bağlı fikirlərini də bölüşüb:

"Növbəti ilin dövlət büdcəsinin 41.1 faizi sosial xərclərə yönəldiləcək. Bu ondan xəbər verir ki, 2026-cı ildə də büdcədə sosial xərclərin payı daha yüksək olacaq. Bu o anlama gəlir ki, büdcənin hər 100 manatından 41 manatı sosial xərclərə yönəldiləcək. Eyni zamanda, dövlət büdcəsinin sosial təminat və sosial müdafiə xərclərində də artımlar var. 4.9 milyard manat bu istiqamətə yönləndirilib. Bütövlükdə sosial istiqamətə 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Qanunvericilikdə nəzərdə tutulan formada əmək pensiyalarının indeksləşdirilərək artırılması, pensiya kapitalının artırılması növbəti ilin yanvar ayından etibarən reallaşacaq. Əmək pensiyalarının artırılması 1 milyon 100 min vətəndaşı əhatə edəcək".

Deputat adambaşına düşən ÜDM-də qonşu ölkələrdən fərqli göstəricilərə də aydınlıq gətirib:

"ÜDM-in həcmi qonşu ölkələrlə müqayisədə yüksəkdir. Xüsusən Cənubi Qafqaz iqtisadiyyatının 65 faizi Azərbaycanın payına düşür. Eyni zamanda adambaşına düşən ÜDM və ixrac məsələləri ilə bağlı ÜDM-in qonşu ölkələrlə müqayisədə az olmasından söhbət gedir. Xüsusən də Ermənistan Rusiya Ukrayna müharibəsi başlayandan sonra ciddi şəkildə "Re-eksport" həyata keçirir. Biz Ermənistanın eksportuna diqqət yetirsək, bir sıra ərəb ölkələrinin, Rusiyanın eksportunda dəfələrlə artım var. Bu Ermənistanda istehsal edilən məhsullar deyil, bu "re-eksport"dur. Bu da ermənilərin makroiqtisadi göstəricilərinə təsir göstərir. Bundan başqa bir sıra qonşu ölkələrdəki Rusiya Ukrayna müharibəsindən sonra müşahidə edilən artımlar daha çox qısa müddətli və birbaşa re-eksporta əsaslanan artımlardır".

Vüqar Bayramov manatın taleyi ilə bağlı əsas faktoru da açıqlayıb:

"Azərbaycan üzən məzənnə sisteminə keçməyib. Manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı təhdid görmürədiyini bəyan edib. Mərkəzi Bankın mövqeyi ondan ibarətdir ki, tədiyə balansındakı profisit növbəti dövr üçündə məzənnəyə təsir göstərən əsas faktor olaraq qalmaqdadır. Mərkəzi Bankın özünün açıqlamalarında da xüsusilə qeyd olunur ki növbəti dövrdə manatın məzənnəsi tədiyyə balansından, ölkəyə daxil olan valyutanın həcmindən asılı olacaq. Bununla belə manatın məzənnəsinə ən çox təsir göstərən faktor neftin qiyməti olaraq qalmaqdadır".

Qafqaz Rafiqoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
qaynarinfo.az

1Mənbələr