AZ

Astarada naringi yığımına başlandı, satışda problemlər var

ASTARA, 5 noyabr. TELEQRAF

Astarada naringi yığımına başlanılıb, lakin satışda problemlər var.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bir neçə gündür rayonun sitrus bağlarında, əsasən,Siyəkü kəndi və dağ ətəyi ərazilərdə naringinin “karli” sortunun yığımı aparılır.

Fermerlər bildirir ki, məhsul bol olsa da, alıcı yoxdur. Meyvə30–70 qəpiyə təklif olunur.

Ən ciddi problem məhsulun xarici bazarlara çıxarılmamasıdır. Fermerlərdən müxtəlif sənədlər tələb olunur və bu proses uzandığından məhsul zay olur. Rayon ərazisində saxlama kameralarının olmaması vəziyyəti daha da çətinləşdirir.

Siyəkü kənd icra nümayəndəliyindən verilən məlumata görə, 350 hektardan çox sahədə naringi əkilib, bu günə kimi 1000 tondan artıq məhsul yığılıb.

Rəsmilər bildirir ki, gələcəkdə məhsulun saxlanması üçün soyuducu kameraların yaradılması nəzərdə tutulur.

Yaxın günlərdə “yerli” və “elit” sort naringilərin yığımına da başlanılacaq.

Seçilən
51
teleqraf.com

1Mənbələr