AZ

Həbib Nurməhəmmədov İslam Maxaçevin futbol biliklərini yoxladı - VİDEO

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov ötən gün baş tutan “Liverpul” - “Real” (1:0) oyunu zamanı həmyerlisi, rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı İslam Maxaçevin futbol biliklərini yoxlayıb.

İdman.Biz xəbər verir ki, Həbib Nurməhəmmədov videonu özünün sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, H. Nurməhəmmədov oyunu izləyən İslam Maxaçevdən “Real”ın(Madrid) heyətində meydana çıxan futbolçuların adlarını sadalamağını istəyib.

Cavabında İslam Maxaçev ancaq Arda, Vinisius və Bellinqemin adlarını çəkə bilib.

Həmin görüntünü təqdim edirik:

İdman.Biz

Seçilən
45
idman.biz

1Mənbələr