AZ

Hava ilə bağlı XƏBƏRDARLIQ : Qar yağacaq, şaxta olacaq…

Bəzən insanlar “hava belə dəyişirsə, mütləq qar yağacaq” kimi ifadələr işlədirlər. Maraqlıdır, bu müşahidələrin elmi əsası varmı və payızın ortasında baş verən sərt temperatur enməsi Bakıya erkən qışı gətirə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, sözügedən xalq deyiminin elmi əsası olmasa da, havanı vizual olaraq müşahidə etməklə qısamüddətli proqnoz vermək müəyyən qədər mümkündür:

İranda

“Abşeron yarımadasında, eləcə də Bakı şəhərində qışın nisbətən mülayim keçməsinə səbəb Xəzər dənizi sahilində yerləşməsi və dənizə yaxınlığının iqlim şəraitinə əhəmiyyətli təsir göstərməsidir”.

Ekspertin sözlərinə görə, qış fəslinin iqlim xüsusiyyətlərinə görə və sinoptik şəraitlə əlaqədar olaraq, adətən dekabr ayının üçüncü ongünlüyündən başlayaraq yanvar və fevral ayları da daxil olmaqla, martın ilk günlərinədək ölkəmiz soyuq hava kütlələrinin təsirinə məruz qalır:

“Bu zaman ölkənin əksər bölgələrində və paytaxtda bəzi günlərdə hava şəraitinin kəskin dəyişməsi, güclü küləklərlə müşayiət olunan qarlı və şaxtalı hava müşahidə edilir”.

Cavid Hüseynov əlavə edib ki, son illərdə atmosferə atılan emissiyaların miqdarının artması, aerozol tərkibində və səthi strukturlarda dəyişikliklər iqlimdə gözlənilməz anomaliyalara səbəb olur:

“Bu da bəzi meteoroloji kəmiyyətlərin iqlim normasından kənara çıxmasına, qəfil soyuma və ya erkən qar ehtimalının yaranmasına şərait yaradır”.

Ekspertin fikrincə, yaxın günlərdə Bakıya qar yağması ehtimalı çox yüksək olmasa da, əks iqlim cərəyanlarının təsiri fonunda erkən soyuq hava dalğaları tamamilə istisna edilmir.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
34
1
konkret.az

2Mənbələr