AZ

“NATO Rusiya ilə müharibədə uduzmaq istəmirsə, Ukraynadan öyrənməlidir” - İsveç komandiri

NATO müttəfiqləri silahların inkişaf tempini əhəmiyyətli dərəcədə sürətləndirməsələr, Avropada növbəti həlledici münaqişəni itirə bilərlər.

Herbiand.az bildirir ki, bu fikri İsveç Hərbi Hava Qüvvələrinin komandanı Yonas Vikman “Defence IQ International Fighter” konfransı zamanı deyib.

“Əgər biz daha sürətlə inkişaf edə bilməsək, Ukraynanın etdiyi kimi yeniliklər edib təzyiq altında öyrənə bilməsək, Rusiya ilə gələcək müharibəni uduzmuş olarıq”, - komandan xəbərdarlıq edib.

Vikmanın sözlərinə görə, Ukraynada baş verənlər “sürətləndirilmiş adaptasiya üzrə master-klass” və “ən tez öyrənən tərəfin qalib gəldiyinə” aydın işarədir.

İsveçli komandir müharibə zamanı müşahidə olunan texnoloji dəyişikliklərin sürətini müzakirə edərkən vurğulayıb: “Taktika hər həftə təkmilləşir. Bir vaxtlar Ukraynanı dəstəkləmək üçün istifadə etdiyimiz silahların demək olar ki, heç biri planlaşdırıldığı kimi bu gün təyinatı üzrə istifadə edilmir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
29
herbiand.az

1Mənbələr