AZ

Azərbaycanın multikulturalizm modeli qlobal səviyyədə nümunə kimi təqdim olunur - Rəvan Həsənov

Bakı.Trend:

Azərbaycanın multikulturalizm modeli artıq yalnız ölkə daxilinəyönəlmiş siyasət deyil, eyni zamanda qlobal səviyyədə nümunə olaraqtəqdim olunur.

Trend xəbərverir ki, bu fikirləri bu gün Azərbaycan Respublikasının DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən“Fərqliliyin rəngi” festivalında Bakı Beynəlxalq MultikulturalizmMərkəzinin icraçı direktoru Rəvan Həsənov səsləndirib.

O qeyd edib ki, bu gün keçirilən festival iki məna daşıyır:

“Fərqliliklərin sadəcə yanaşı mövcud olması və fərqliliklərinbir-birini tamamlaması festivalın əsas iki mənasıdır”.

R.Həsənov bildirib ki, bizim modelimizin mahiyyəti ikinciyanaşmadadır: "Burada mövcud olan müxtəlif mədəniyyətlər və inancsistemləri yalnız bir-birinin yanında dayanmır, eyni zamandabir-birini tamamlayır, zənginləşdirir və harmonik şəkildə təqdimolunur.

Festival həm də dinlərarası dialoqun real nümunəsidir. Fərqliinanca sahib insanlar burada bir-birinin nəşrləri ilə tanış olur,fikir mübadiləsi aparır və əməkdaşlıq qururlar".

Onun sözlərinə görə, 1995-ci ildə qəbul edilən Konstitusiya vəmultikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldilməsigöstərdi ki, bu müxtəlifliyin qorunması dövlətin prioritetidir.

“Dövlət bu dəyərlərə yalnız tolerant yanaşmır, onları özkimliyinin ayrılmaz hissəsi kimi qəbul edir.. Dünyada elə ölkələrvar ki, çoxkulturluluğu tətbiq etməyə çalışsalar da, bunu uğurlahəyata keçirə bilməyiblər. Burada hər kəsin dini və mədənikimliyinə hörmət göstərilir. İnsanlar bir-birini ‘öyrənməyə borclu’olduqları üçün deyil, ‘hörmət etmək istədikləri üçün’ dinləyirlər.Bu unikal yanaşmadır", - deyə R.Həsənov əlavə edib.

Seçilən
34
az.trend.az

1Mənbələr