AZ

Burak Yılmaz: Ümid edirəm ki, “Qarabağ” “Çelsi” ilə matçda sürpriz edə bilər

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Burak Yılmaz UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək oyun haqqında fikirlərini bölüşüb.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlama verən mütəxəssis görüşün maraqlı keçəcəyini deyib.

O, Ağdam təmsilçisinin yaxşı komanda olduğunu bildirib: “İllərdir Avropada uğurla çıxış edirlər. Yaxşı baş məşqçiləri və heyəti var. “Çelsi” ilə oyun çətin olacaq. İnşallah, Azərbaycan çempionu London klubu ilə matçda süpriz edə bilər. Komandanıza uğurlar arzulayıram”.

Hazırda Superliqa təmsilçisi “Qaziantep”in baş məşqçisi olan B.Yılmaz futbol oynadığı dövrdə “Fənərbağça”,”Beşiktaş”, Trabzonspor” və Fransada “Lill” komandalarının formalarını geyinib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-“Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Seçilən
23
4
herbiand.az

5Mənbələr