AZ

İmamoğlunun xanımına qadağa: Psportu əlindən alındı

Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun diplomatik pasportu ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl məlumat verib.

Onun sözlərinə görə, Dilek İmamoğlu həyat yoldaşına verilən mükafatı almaq üçün xaricə getməyə hazırlaşırmış.

“Dövlət işi-gücü buraxıb ailələrlə məşğul olmaz. Dilek İmamoğluya xəbər göndəriblər ki, diplomatik pasportu ləğv edilib”, - Özəl bildirib.

Seçilən
23
1
publika.az

2Mənbələr