BAKI, 5 noyabr. TELEQRAF
2025-ci il oktyabrın 1-nə Özbəkistanın daimi əhalisi 38 069 116 nəfər təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Milli Statistika Komitəsi məlumat yayıb.
Regionlar arasında Səmərqənd vilayəti 4 milyon 360 min 70 nəfərlə liderdir. Ondan sonra Fərqanə (4 204 284) və Qaşqadərya (3 697 658) gəlir. Paytaxt Daşkənd şəhərində əhalinin sayı 3.164.030 nəfər, Daşkənd vilayətində isə 3 148 569 nəfər olub.
Səmərqənd əhali sayına görə paytaxtı geridə qoyub.