“Real”ın futbolçusu Cud Bellinqem Çempionlar Liqasında yeni uğura imza atıb.
"Cebheinfo.az" xəbər verir ki, o, buna ötən gecə Liqa mərhələsinin 4-cü turunda “Liverpul”la matçda iştirak etməklə nail olub.
Belə ki, Bellinqemin ÇL-də çıxdığı görüşlərin sayı 50-yə yüksəlib. Bununla da, 22 yaş 128 günlüyündə olan yarımmüdafiəçi turnirdə 50 oyun həddinə çatan ən gənc futbolçu adını qazanıb.
Qeyd edək ki, ingiltərəli oyunçu 2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir.
"Cebheinfo.az"