AZ

Dünyanın 9 ölkəsində maliyyə fırıldaqçılarına qarşı əməliyyatlar həyata keçirilib

Hüquq-mühafizə orqanları beynəlxalq əməliyyat zamanı Avropa, Asiya və Şimali Amerikanın bir sıra ölkələrində, o cümlədən Almaniyada maliyyə fırıldaqları və çirkli pulların yuyulmasında şübhəli bilinən cinayətkarların evlərində axtarış aparıblar.

Herbiand.az bildirir ki, bu barədə Almaniyanın Federal Cinayət İdarəsi məlumat yayıb.

Məlumata görə, şübhəlilər 193 ölkədə qurbanların bank kartı məlumatlarından istifadə ediblər. Cinayətkarlar saxta saytlar vasitəsilə onlayn xidmətlərə 19 milyondan çox abunə yaradıblar.

Fırıldaqçılar həmçinin, Almaniyada dörd əsas ödəniş xidmətinə qanunsuz daxil olmaqda şübhəli bilinirlər. Bu yolla onlar ödənişlərini aparıblar.

Axtarışlar Almaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Sinqapur, İspaniya, ABŞ və Kiprdə çoxsaylı yerlərdə aparılıb. Bir neçə nəfər saxlanılıb.

Kriminal polis idarəsindən bildirilib ki, faktiki ziyan bir neçə yüz milyon avro təşkil edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
1
herbiand.az

2Mənbələr