AZ

FIFPro səsverməsinin nəticələrini açıqladı: Messi və Ronaldo onları qabaqladı

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2025-ci ilin yekunlarına əsasən dünyanın ən yaxşı oyunçularından ibarət rəmzi yığmanın seçki nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, səsvermədə 20 mindən çox futbolçu iştirak edib və onlardan hər xətt üzrə üç namizəd göstərmək xahiş olunub.

Ən çox müzakirə doğuran nəticələr hücumçuların siyahısında qeydə alınıb. "İlk beşliy"ə Lionel Messi (18%) və Kriştiano Ronaldo (16%) daxil olub. Onlar Rafinyanı (15%), Məhəmməd Salahı (15%) və Erlinq Haalandı (13%) geridə qoyublar.

İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn isə cəmi 7% səs toplayaraq 10-cu yerdə qərarlaşıb. O, ötən mövsümdə Almaniya çempionatında 31 oyunda 26 qol vurub. 2025/26 mövsümünə isə 9 matçda 12 qol və Çempionlar Liqasında 4 oyunda 5 qolla başlayıb.

Heybət

Seçilən
18
publika.az

1Mənbələr