AZ

“Neftçi” Abubakardan sonra niyə onu sıralarına qatmadı?

Vensan Abubakarı sıralarına qatan “Neftçi”ninİdrissa Dumbiyanın keçidindən vaz keçməsinin səbəbi məlum olub.

Paytaxt klubu iki aya yaxındır danışıqlar apardığı yarımmüdafiəçini Azərbaycana gətirsə də, tərəflər arasında anlaşma baş tutmayıb.

Fil Dişi Sahilindən olan legioner iki həftəyə yaxın Bakıda qalsa və klubun şəraitini bəyənsə də, müqavilənin müddəti və maliyyə şərtləri sarıdan fikirlər üst-üstə düşməyib.

«Ağ-qaralar» ona 7 aylıq kontrakt təklif etsə də, Dumbiya anlaşmanın birbaşa 2027-ci ilin yayınadək bağlanılmasını istəyib. Üstəlik, tələb etdiyi məvacib paytaxt təmsilçisinin müəyyənləşdirdiyi rəqəmin xeyli üstünə çıxıb.

Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.

İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.

SPORTİNFO.AZ

Seçilən
43
sportinfo.az

1Mənbələr