AZ

"İlanlı qız" plastik cərraha görə canına qıydı - Xəstəxanalıq oldu

"İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş "İnternational Medical Center 2"də çalışdığı bildirilən plastik cərrah Əmiraslan Əmiraslanov barəsindəki şikayətinin təmin olunmaması səbəbindən intihar etdiyini bildirib.

Musavat.com xəbər verir ki, müğənni bu barədə "TikTok" hesabında video yayımlayıb.

Videoda o, çoxlu sayda dərman qəbul edərək intihar etdiyini, buna səbəb kimi isə plastik cərrah Əmiraslan Əmiraslanovun onu şantaj etdiyini göstərib.

"Bu dərmanların hamısını atıram. Mən zatən dünəndən edəcəyimi demişdim. Hər şeyə son qoyuram. Çünki Əmiraslan Əmiraslanov məni şantaj edərək əməliyyatdan öncə çəkilmiş şəkillərimi yayıb. Ondan sonra mən canlı yayım açdım, bu insan haqda danışdım, sonra o, məni verdi məhkəməyə. Məhkəmədə mənim işimə baxılmadı. Əvvəl baxırdılar, hakim dedi ki, bu xanımın şəklini yaymısan, xanım da bunun yayılmasına görə sənə "şərəfsiz" deyib".

Müğənni daha sonra məhkəmənin də onun əleyhinə qərar verdiyinin bildirib:

"Məni hələ çağırıb ev həbsi verməyə çalışırlar, 147.2-ci maddə ilə iş qaldırıblar. Mən yaşamaq istəmirəm. Belə olmaz.

Mənim balamı, ailəmi, anamı hər kəsi yetim qoyan Əmiraslan Əmiraslanovdur. Əmiraslan bu dəqiqə işində-gücündədir, məni verib məhkəməyə, pul tələb edir, hələ məni həbs etdirməyə çalışır. Hansı qayda-qanundan söhbət gedir, bilmirəm. Günahkar, səbəbkar Əmiraslan Əmiraslanovdur. Bu qədər".

Məsələ ilə bağlı müğənninin prodüseri Nicatla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Bakupost.az -ın məlumatına görə, dərman qəbul etdikdən sonra halı pisləşən müğənni xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl Günəş plastik cərrah Əmiraslan Əmiraslanovdan şikayət etmişdi. O bildirmişdi ki, "İnternational Medical Center 2"də həkim tərəfindən aparılan əməliyyat uğursuz alınıb və nəticədə bədənində böyük çapıqlar, eləcə də dəri sallantıları yaranıb. Müğənni həmçinin həkimin ondan ümumilikdə 14 min manat aldığını, lakin əməliyyatın uğursuz olduğunu və üstəlik şəxsi görüntüləri ilə şantaj edildiyini iddia etmişdi.

Məsələ ilə bağlı klinikadan bildirilib ki, Əmiraslan Əmiraslanov artıq həmin tibb müəssisəsində çalışmır və proses hazırda Ağdam Rayon Məhkəməsində davam edir.

Qeyd edək ki, Əmiraslan Əmiraslanovun adı Qənirə Ataşın bir müddət əvvəl paylaşdığı saxta plastik cərrahlar siyahısında var idi.

Seçilən
13
35
musavat.com

10Mənbələr