BAKI, 5 noyabr. TELEQRAF
“Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamalın atası Munir Nasraui nişanlandığını açıqlayıb.
Teleqraf xəbər verir ki, 39 yaşlı kişi sosial şəbəkədə 23 yaşlı sevgilisi ilə birgə fotosunu paylaşaraq, ürək və üzük emojiləri əlavə edib.
Kristina adlı xanım Nasrauindən 16 yaş kiçikdir.
Daha əvvəl də dünyanın ən istedadlı futbolçularından birinin atası gənc sevgilisi ilə bir neçə foto paylaşmışdı.