AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayır

Şəhidlər
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi ilə bağlı başlanan cinayət işi üzrə istintaq tamamlanıb. 1news.az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyev icraatına verilib. Məhkəmə yaxın günlərdə başlayacaq. Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Seçilən
0
25
1news.az

10Mənbələr