AZ

AzTV-nin yeni sədri o olacaq - FOTO

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədovun "vurulacagi" ilə bağlı ehtimallar getdikcə quvvətlənir. Hesablama Palatasının dövlət televiziyasında keçirdiyi auditin nəticələri açıqlanandan sonra AzTV-nin yeni sədrinin kim olacağı ilə bağlı müzakirələr başlayıb.

“Yeni Sabah” sədr postuna ən şanslı namizədin adını öyrənə bilib. Deputatlardan biri saytımıza deyib ki, bu posta Anewz televiziyasının direktoru Rüfət Həmzəyev gətiriləcək. Onun sözlərinə görə, bununla bağlı sərəncam noyabr ayının sonuna kimi imzalanacaq.

Qeyd edək ki, Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb. Marqarita pizza


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr