AZ

Tarixlə mədəniyyətin birləşdiyi cənnət: Girnə niyə turistlərin sevimli məkanıdır? -FOTOLAR

Kuzey Kıprız Türk Cümhuriyyətinin öznəməxsus təbiəti, atrixi abidələri bura səfər edənləri valeh edir. Burada hər kəsi heyran edən, turistlərin sevimli yeri olan bir şəhərdə var. Bu Girnədir.  Aralıq dənizinin sakit sularında yerləşən bu qədim şəhər, tarixi abidələri, möhtəşəm təbiəti və zəngin turizm potensialı ilə seçilir. Hər il minlərlə yerli və xarici turistin üz tutduğu Girnə, həm Kıprızın  mədəni, həm də turizm xəritəsində önəmli mövqeyə malikdir.

Girnənin tarixi eramızdan əvvəl X-cu əsrlərə qədər gedib çıxır. Şəhər uzun əsrlər boyunca müxtəlif imperiyaların — Bizans, Lusinyan, Venesiya və Osmanlı — təsiri altında olmuşdur. Bu dövrlərin hər biri şəhərin memarlıq və mədəni irsinə öz izini buraxıb. Limanı əsrlər boyu Aralıq dənizi ticarət yollarının mühüm hissəsi olub və Girnənin iqtisadi həyatında həlledici rol oynayıb. Şəhər, həmçinin strateji mövqeyi səbəbindən hərbi müdafiə qalaları ilə zəngindir.

Bu gün Girnənin əhalisi təxminən 35 min nəfərdir. Şəhər əhalisi əsasən yerli Kıprızlardan  ibarət olsa da, turistlərin və xarici sakinlərin çoxluğu şəhərə kosmopolit bir ab-hava verir. Şəhərdə restoranlar, kafelər və sənət qalereyaları ilə zəngin mədəni həyat formalaşıb. Əhali, turizm fəaliyyətlərində aktiv iştirak edir və şəhərin iqtisadi inkişafında əsas rolu oynayır. Maraqldır Girneyə yolunuz düşsə burada mütləq görməli olduğunuz məkanlar var. Bu yerlərə getməklə bu qədim şəhərin tarixinə, mədəniyyətinə bələdçilik edəcəksiniz.

Girne Limanı: Rəngarəng balıqçı qayıqları, dar daş döşəməli küçələri və sahil boyunca uzanan kafe-restoranları ilə turistlərin ən çox ziyarət etdiyi məkandır. Gün batımı zamanı limanda dənizə baxmaq xüsusi bir təcrübədir. Limanın tarixi əsrlərlə ölçülür və şəhərin iqtisadi həyatında həlledici rol oynayıb.

image-1

Aziz Hilarion Qalası: Beşparmak dağlarının zirvəsində yerləşən bu orta əsr qalası, həm müdafiə məqsədi ilə inşa edilib, həm də turistlər üçün gözəl panoramik mənzərə təqdim edir. Əfsanələrə görə, “Yatmış Gözəl” nağılına ilham verən məhz bu qaladır.

image-2

Girne Qalası: Limanın girişində yerləşən bu qala, Kiprin orta əsr hərbi memarlığının nadir nümunələrindən biridir. Daxilindəki Arxeologiya Muzeyi qədim gəmi qalıqları və tarixi tapıntılarla ziyarətçiləri qarşılayır. Bizans, Lusinyan və Venesiya dövrlərinə aid müxtəlif tikinti izləri qalada əks olunub.

image-3

Bellapais Manastırı: Şəhərin cənub-şərqində yerləşən bu gotik abidə, Lusinyan dövründə inşa edilmişdir və “Sülh Manastırı” mənasını daşıyır. Aralıq dənizi mənzərəsi və sakit atmosferi ilə turistlərin sevimli dayanacağıdır.

image-4
Girnə, Kiprin turizm strategiyasında aparıcı mövqedədir. Şəhər həm dəniz turizmi, həm mədəni turizm, həm də sağlamlıq və ekoturizm üçün geniş imkanlar təqdim edir. Hər il burada keçirilən musiqi festivalları, mədəni tədbirlər və dəniz idmanı yarışları turist axınını artırır. Kipr hökuməti isə turizmin inkişafı üçün infrastrukturun yenilənməsi, otellərin və turizm müəssisələrinin genişləndirilməsi üzrə layihələr həyata keçirir.

Girnə həm tarixsevərlərin, həm də təbiət aşiqi turistlərin maraq dairəsindədir. Şəhərin qədim qalaları, tarixi abidələri və Aralıq dənizinin sakit suları, ziyarətçilərə unudulmaz təcrübə təqdim edir. Burada həm qədim dövrlərin izlərini görmək, həm də müasir turizm imkanlarından faydalanmaq mümkündür. Girnə, Kiprin mədəni irsinin və turizm potensialının canlı nümunəsi olaraq hər kəsi öz cazibəsinə dəvət edir.

Qoşqar Salmanlı

Seçilən
11
1
moderator.az

2Mənbələr