AZ

İran XİN: ABŞ ilə yalnız nüvə mövzusu üzrə danışıqlar olacaq

BAKI, 5 noyabr. TELEQRAF

Tehran Vaşinqtonla nüvə proqramı istisna olmaqla digər mövzular üzrə danışıqlar aparmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirib.

"ABŞ keçmiş danışıqlarda dəfələrlə raket proqramı və regional məsələləri gündəliyə gətirməyə çalışsa da, İranın bu məsələlərə dair mövqeyi həmişə aydın olub. Əgər ABŞ ilə danışıqlar olacaqsa, bu, yalnız nüvə məsələsi çərçivəsində olacaq",- o qeyd edib.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr