AZ

Kəşfiyyat Kim Çen Inın nəbzini uzaqdan ölçüb

Şimali Koreya lideri Kim Çen Inın səhhətində ciddi problem yoxdur.

Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Nəşr bildirir ki, kəşfiyyat orqanları onun nəbzini məsafədən ölçməyə nail olublar. Nəticəyə əsasən, Kim Çen Inın ürək döyüntüsü dəqiqədə 80 dəfə vurub.

Agentliyin hesabatında qeyd olunur ki, bundan əvvəl Şimali Koreya liderində yüksək təzyiq ehtimalı böyük sayılırdı, lakin hazırda bu göstərici azalıb. Məlumatın hansı metodla əldə olunduğu açıqlanmayıb.

“Kim Çen In asanlıqla vilayətlər və Pxenyan arasında uzun məsafələri qət edə bilir, müxtəlif tədbirlərdə iştirak edir”, - deyə hesabatda bildirilir.

43 yaşlı Kim Çen In 2011-ci ildən Şimali Koreyanın rəhbəridir. O, Koreya Əmək Partiyasının Baş katibi, Mərkəzi Hərbi Komissiyanın sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı və Partiyanın Siyasi Büronun Prezidium üzvü vəzifələrini daşıyır.

Seçilən
13
1
modern.az

2Mənbələr