AZ

"Ölüm cəzası verilsə də, Ermənistanı tərk etməyəcəyəm" - Sarkisyan

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan onun ölkəni tərk etməyi planlaşdırdığı barədə yayılan xəbərlərdən təəccübləndiyini bildirib.Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Sarkisyan açıqlamasında prokurorluğa onun ölkəni tərk etmək niyyəti ilə bağlı məlumat daxil olması xəbərlərini şərh edib. Sabiq prezident bildirib ki, belə məlumatdan çaşdığını hiss edir.

“Mən qaça bilən birinə oxşayırammı?! Məhkəmənin mənə ölüm hökmü çıxarmaq niyyətində olduğunu bilsəm belə, bu ölkəni tərk etməyəcəyəm. Bu, mənim ölkəmdir”, – Sarkisyan deyib.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, torpaq sahələrinin qanunsuz olaraq özgəninkiləşdirilməsi və rüşvətxorluğa köməklik göstərməklə bağlı bir neçə cinayət işi açılıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
25
1
missiya.az

2Mənbələr