AZ

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmalar 12%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçisayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburidövlət sosial sığorta haqları üzrə daxilolmalar 5,234 milyard manattəşkil edib.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinəistinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% vəya 563 milyon manat çoxdur.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrüilə müqayisədə 12,7 faiz artaraq 3,503 milyard manat olub.

Dövr ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artıb və 185,5milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrədaxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eynidövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manatdan çoxtəşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faizartaraq 650 milyon manat olub.

Məqalədə:
Seçilən
12
8
az.trend.az

10Mənbələr