AZ

"Real Madrid" Vinisiusla bağlı qərarını qətiləşdirdi - SON DURUM

"Real Madrid" yay transfer pəncərəsində Vinisius Juniorla yollarını ayırmaqla bağlı qərarını qətiləşdirib. 

Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb. 

Mənbənin məlumatına görə, İspaniya nəhənginin rəhbərliyi braziliyalı hücumçunun "hoqqabazlığından “doyub”. Klub yayda onu satışa çıxaracaq. Vingerə 150 milyon avro qiymət qoyulacaq. Həmçinin qeyd olunub ki, ulduz futbolçu Səudiyyə Ərəbistanına getmək istəmir və karyerasını İngiltərə Premyer Liqasında davam etdirməkdə maraqlıdır. 

Xatırladaq ki, 25 yaşlı forvardın Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. O, bu mövsüm La Liqada 11 matça çıxaraq 5 qol vurub. 

Mirağa

Seçilən
13
1
fanat.az

2Mənbələr