AZ

Çin 31 ABŞ şirkətinə qarşı məhdudiyyətləri yumşaldacaq

Çin 31 ABŞ şirkətinə qarşı məhdudiyyətləri yumşaldacaq

Çin 10 noyabrdan etibarən 31 Amerika şirkətinə tətbiq olunan ixrac nəzarəti qaydalarını yumşaldacaq. Bu şirkətlər üçün ikiqat təyinatlı məhsulların ixracına qoyulmuş qadağalar ya tam aradan qaldırılacaq, ya da dayandırılacaq.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, söhbət 2025-ci ilin mart və aprel aylarında ixrac nəzarəti siyahısına salınmış şirkətlərdən gedir. Həmin siyahıya daxil edilmə bu firmalara ikiqat təyinatlı malların tədarükünü qadağan edirdi. İndi mart siyahısına daxil olan 15 şirkət üçün bu məhdudiyyətlər tamamilə ləğv olunur, aprel siyahısındakı 16 şirkət üçün isə məhdudiyyətlərin dayandırılması müddəti bir il uzadılır.

Bu qərar Kuala-Lumpurda aparılan ticarət danışıqlarında əldə olunan razılaşmaların icrası məqsədilə qəbul edilib. İkiqat təyinatlı malları həmin şirkətlərə ixrac etmək istəyən Çin ixracatçıları Ticarət Nazirliyindən xüsusi lisenziya almalı olacaqlar və bu icazə yalnız yoxlamadan sonra veriləcək.

Seçilən
15
afn.az

1Mənbələr