AZ

Necə donor olmaq olar? - ƏTRAFLI

“Mərkəzə müraciət etmək üçün vətəndaşlar odtkm.gov.az saytına daxil olaraq onlayn şəkildə müraciət edə bilərlər".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Instagram”da canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, vətəndaş donorluqla bağlı razılıq verdiyi halda, ailə üzvləri bu qərara müdaxilə edə bilməzlər:

“Əgər şəxs razılığını bildirib və qeydiyyatdan keçibsə, ailə üzvləri bu məsələyə qarışa bilməz. Sadəcə onların biri əlaqə nömrəsi kimi qeyd olunur və məlumatlandırılır".

Əli Hüseynov

Seçilən
27
bakivaxti.az

1Mənbələr