AZ

Ramiz Mehdiyev üçün kritik an başladı Gündəmi silkələyəcək proses

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirovun ifadə verməsi ehtimalı siyasi kuluarlarda ciddi dalğalanma yaradıb. İddialara görə, onun əlində mühüm sənədlər və gizli məlumatlar var. Bildirilir ki, əgər Mehdiyevlə Əmirov arasında üzləşmə baş verərsə, proses təkcə şəxsi münasibətlərin deyil, illərlə toxunulmaz sayılan əlaqələrin də ifşasına yol aça bilər. Ekspertlər hesab edirlər ki, bu qarşıdurma hakim elitalar içində yeni parçalanmaların başlanğıcı ola bilər.

Kimlər ifşa edilə bilər? Mehdiyevlə Əmirov üzləşəcəkmi?

Globalinfo.az-a danışan sabiq deputat Etibar Əliyev deyib ki, Eldar Əmirov uzun illər Ramiz Mehdiyevin ən yaxın kadrlarından biri hesab olunub və əsasən maliyyə məsələlərinə baxıb:

“Şübhəsiz ki, Əmirovla əlbir olan şəxslər var. Hətta Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlərinin əksəriyyəti onun dediyi ilə hərəkət ediblər. Akademiyada böyük bir çətə formalaşdırılıb, ştat vahidləri süni şəkildə artırılıb, işə gəlməyən şəxslərin əməkhaqqı kartları mənimsənilib, nəticədə dövlətə ciddi ziyan vurulub”.

Etibar Əliyev

Sabiq deputat bildirib ki, Eldar Əmirov müəyyən məsələləri etiraf edəcək:

“Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövr akademiyanın tarixində qara ləkə kimi qalacaq. O, Prezident Administrasiyasındakı sərt idarəçilik və korrupsiya ənənələrini bura da gətirdi, nazirləri və komitə sədrlərini qəbul edərək təsir imkanlarını nümayiş etdirməyə çalışdı. Mehdiyev onlara göstərmək istəyirdi ki, Prezident Administrasiyasından getsə də, hələ də müəyyən hakimiyyətə malikdir. Bu baxımdan, istintaqın nəticələrini və Eldar Əmirovun ifadəsini gözləməliyik”.

Etibar Əliyev qeyd edib ki, 2021-ci ildə Ramiz Mehdiyevin istefasını tələb etdiyi üçün təhdidlərə məruz qalıb:

“Həmin zaman hiss etdim ki, onun akademiklər və deputatlar arasında çoxlu tərəfdarı var. Ramiz Mehdiyev saxta xarizması və mistik təsiri ilə bir çox vəzifəli şəxsləri öz tərəfinə çəkmişdi. Bu proseslərin ifşası zəruridir. Zəfər qazanmış xalq belə çirkin işlərlə barışmamalıdır”.

Vəkil Mehman Muradlının sözlərinə görə, istintaq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək:

Mehman Muradlı

“Eldar Əmirovun adını verdiyi şəxslər ya şahid qismində, ya da başqa formada istintaqa cəlb edilə bilərlər. Artıq bundan sonrakı mərhələ istintaqın nəticəsindən asılı olaacaq. Bunun əsasında həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
2
globalinfo.az

3Mənbələr