AZ

Ronaldo Corcina ilə toy tarixlərini açıqladı

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezə evlilik təklif etməyi necə qərara aldığını açıqlayıb. 

Axşam.az xəbər verir ki, futbolçu bu barədə jurnalist Pirs Morqan müsahibəsində danışıb.

Futbolçu bu addımı kortəbii şəkildə atdığını - qərarın gecə, uşaqlarının və dostlarının yanında ağlına gəldiyini söyləyib. Ronaldonun sözlərinə görə, onu buna təşviq edən qızları olub. O, etiraf etdi ki, hər şey gözlənilmədən baş verdiyi üçün diz çökməyib, amma anı təsirli və səmimi edən bir çıxış hazırlayıb.

Ronaldo özünü romantik hesab etmədiyini, lakin hisslərini özünəməxsus şəkildə ifadə etməyə çalışdığını etiraf edib. O. toy tarixlərini  də açıqlayıb:

"O, mənim həyatımın qadınıdır. Təbii ki, mən ona evlilik təklifi etdim. O, ailəmə, mənə qayğı göstərir. Corcina mənim hər zaman axtardığım qadındır. Dünya Kubokundan sonra toy planlaşdırırıq. Ümid edirəm ki, qazanılan kubokla."

Ronaldodan təqaüdə çıxmağa hazır olub-olmadığını isə belə cavablayıb:

“Bu barədə düşünmüşəm, yəqin ki, tezliklə olacaq. Hazır olacağam. Bəli, asan olmayacaq. Əlbəttə ki, ağlayacağam. Ümumiyyətlə, göz yaşları ilə rahatam, heç vaxt hisslərimi saxlamıram və əminəm ki, ağlayacağam. Çətin olacaq. Amma 27 yaşımdan bəri buna hazırlaşıram, gələcəyimi təsəvvür edirəm, ona görə də hər şey yaxşıdır”.

Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.

Corcina və Ronaldo 2016-cı ildən münasibətdədirlər. Bir müddət əvvəl Ronaldo ona evlilik təklifi edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
axsam.az

2Mənbələr