AZ

Mərkəz rəhbəri: 19 yaşlı gəncin həyatı xilas edildi

"Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda meyit donorun ürək transplantasiyası uğurla həyata keçirilib. Bu hadisə Azərbaycan səhiyyə sisteminin tarixi uğuru kimi qiymətləndirilir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı məlumat verib.

Onun sözlərinə görə, əməliyyat yüksək peşəkarlıq və düzgün koordinasiya ilə icra olunub:

“Əməliyyata rəhbərlik edən həkimlərin dəqiq diaqnostika və müasir texnoloji imkanlardan istifadə etməsi prosesi təhlükəsiz və uğurlu etdi. Nazirliyin Koordinasiya Mərkəzi, donor və qəbul edən xəstəxanalar, logistika və reanimasiya komandaları arasında vaxtın düzgün idarə olunması və informasiya axınının qüsursuzluğu əməliyyatın taleyini müəyyən etdi.”

Yeganə Abbasova bildirib ki, bu inteqrə olunmuş koordinasiya nəticəsində 19 yaşlı bir gəncin həyatı xilas olunub.

Əli Hüseynov

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr