AZ

Fotosu yayılan kənd məktəbi ilə bağlı RƏSMİ AÇIQLAMA

ain.az bildirir, Modern.az portalına istinadən.

Bir neçə gün əvvəl Yardımlı rayonu Məlikli kənd ümumi orta ümumtəhsil məktəbinin köhnəlmiş vəziyyətdə olan binası ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb.

Modern.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi sosial mediada şəkilləri yayılmış yardımçı korpusunun vəziyyətindən xəbərdar olduğunu bildirib.

"35 şagirdin təhsil aldığı Məlikli kənd ümumi orta ümumtəhsil məktəbinin binası əsas və yardımçı olmaqla iki korpusdan ibarətdir. 2006-cı ildə istifadəyə verilən əsas korpusda bu il cari təmir işləri aparılıb və təlim-tədris prosesi davam edir. Qeyd edirik ki, təhsil müəssisəsinin sosial mediada şəkilləri yayılmış yardımçı korpusunun vəziyyətindən xəbərdarıq. Bildiririk ki, təhsil müəssisəsinin iş rejimi dəyişdirilib, birnövbəli rejimdən ikinövbəli rejimə keçid edilib və bütün dərslər cari ildə təmir edilmiş əsas korpusda tədris edilir. Bu korpus binasının təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı məsələ qeydiyyata götürülüb". 

Sorğuda bildirilir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır. Bu il ərzində cari və əsaslı təmir işləri təhsil müəssisələrinin 69-da yekunlaşıb, 25-də davam edir, 3-də isə planlaşdırılır. Bununla yanaşı,  Astara rayonunun Sərək, Lerik rayonunun Cəngəmiran və Cəlilabad rayonunun Göytəpə şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin yeni binaları tikilərək istismara verilib. Lənkəran şəhər 9 nömrəli və Viyən kənd, Astara rayonunun Şümrüd kənd məktəblərinin də istismara verilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
3
modern.az

4Mənbələr