AZ

De Rossinin yeni iş yeri bilindi

“Roma”nın keçmiş baş məşqçisi Daniele de Rossi yenidən İtaliyada çalışacaq. 

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis “Cenoa” klubunun yeni çalışdırıcısı olacaq. 

İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Mənbənin məlumatına görə, 42 yaşlı mütəxəssis danışıqları yekunlaşdırmaq üçün bu gün Milanda “Cenoa” rəhbərliyi ilə görüşəcək. 

De Rossi əvvəllər Roma və SPAL-a rəhbərlik edib, lakin heç birində səkkiz aydan çox çalışmayıb.  

"Cenoa" 10 turdan sonra İtaliya çempionatının turnir cədvəlində 18-ci yerdədir. Komandanın cəmi altı xalı var. Genuyalılar noyabrın 9-da “Fiorentina”nı qəbul edəcəklər. 

Mirağa

Seçilən
10
1
fanat.az

2Mənbələr