AZ

Kimlər donor ola bilməz?

“Donor ola bilməyən şəxslərin xəstəlikləri Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahı ilə müəyyən edilir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova vurğuladı.

Onun sözlərinə görə, bu siyahıya infeksion, onkoloji və vərəm xəstəlikləri daxildir:

"Məsələn, bəzi hallarda insan sağlam olur, lakin beyin ölümü baş verərkən orqanlarında multiorqan çatışmazlığı yaranır. Belə hallarda həmin şəxsin orqanlarından istifadə etmək mümkün deyil. Beyin ölümü baş verən zaman bütün orqanların vəziyyəti böyrək, qaraciyər, ürək laborator və instrumental müayinələrlə qiymətləndirilir. Həmçinin infeksion panel yoxlanılır: HİV, hepatit B və C viruslarının mövcudluğu araşdırılır. Əgər bu infeksiyalar və ya onkoloji xəstəliklər aşkar edilərsə, həmin şəxsin orqanlarının transplantasiyası həyata keçirilmir”.

Nuriyyə NATİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr