Azərbaycan Dövlət Turizm Agentliyinin Hava Limanı Turizm İnformasiya Mərkəzinin strukturunun hazırlanması ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin ümumi dəyəri 34 833 AZN olub.
Cabir
Tarix: 5 Noyabr 2025, 15:32