AZ

Hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur – Səhiyyə Nazirliyindən açıqlama

Bakı. Trend:

Hazırda Mərkəzə ən çox müraciətlər böyrək köçürülməsi və sümükiliyi transplantasiyası ilə bağlı daxil olur. Xroniki böyrəkçatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyatiəhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çoxleykemiya, limfoma və aplastik anemiya kimi ağır hematolojixəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstəninyeganə sağalma şansı məhz uğurlu transplantasiyadır.

Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğuvə Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətininsədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, hazırda donor gözləyənlərin sayı 1000nəfərdən çoxdur:

“Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isəillər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donorqeydiyyatına aktiv yanaşması çox vacibdir”.

Y.Abbasova qeyd edib ki, son illərdə Azərbaycanda orqandonorluğu mövzusuna maraq nəzərəçarpacaq dərəcədə artıb,vətəndaşlar həm qanunvericilik, həm də donor olma prosedurlarıbarədə daha çox məlumat əldə etməyə başlayıblar: "Aparılanmaarifləndirici tədbirlər, media layihələri və aidiyyəti qurumlarınmütəxəssislərinin çıxışları donorluq mövzusu ilə bağlıməlumatlılığın yüksəlməsinə mühüm təsir göstərib. Bu cürməlumatlandırma işi cəmiyyətin məsələyə daha şüurlu və obyektivyanaşmasına şərait yaradıb.
Eyni zamanda, cəmiyyətdə humanizm, paylaşma və sosial dəstəkdəyərlərinin güclənməsi də diqqətəlayiqdir. İnsanlar daha çoxanlayırlar ki, orqan bağışlamaq bir insanın həyatını xilas etmək vəona ikinci bir şans vermək deməkdir. Bu düşüncə tədricən daha genişyayılır və qəbul olunur.
Nəticə etibarilə, donor olmaq istəyənlərin sayı ildən-ilə artır.Gözlənilir ki, bu müsbət tendensiya gələcək illərdə də davam edəcəkvə cəmiyyətdə orqan donorluğuna münasibət daha da müsbət şəkildəformalaşacaq".

Məqalədə:
Seçilən
25
az.trend.az

1Mənbələr