AZ

“Çelsi” ilə oyuna doğru: nələrə diqqət etməli?

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

“Qarabağ” Çempionlar Liqasında bu gün “Çelsi”ni qəbul edəcək. IV tur matçına saat 21:45-də start veriləcək.

Premyer Liqada zirvə yarışında olan “zadəganlar” son 10 rəsmi matçında 7 qələbə qazanıb. 3 dəfə meydanı məğlub tərk edən “Çelsi” “Sanderlend”ə, “Brayton”a və “Mançester Yunayted”ə uduzub. İlk iki oyun ev qarşılaşması olub.

London təmsilçisi son 4 səfər matçını qazanıb. Kubokda “Linkoln”a qalib gələn “Çelsi” “Nottingem”, “Vulverhempton” və “Tottenhem” səfərlərindən üç xalla dönüb. Enzo Mareskanın rəhbərlik etdiyi kollektiv çempionatda son 5 matçda 9 xal qazanıb. 8 qol vuran “zadəganlar” 6-nı buraxıb.

Bu gün “Qarabağ”la matçda Mareskanın rotasiyalar edəcəyi gözlənilir. Qapıda Filipp Yorgensenin olacağı ehtimal edilir. Londonluların hücum xətti böyük ehtimalla Gittens, Estevao, Bounanotte və Mark Quiuya tapşırılacaq. Braziliyalı Estevao 4 oyunçu arasında ən təhlükəli olandırı. Sürəti və effektli driblinqləri olan yarımmüdafiəçini saxlamaq üçün “Qarabağ” müdafiəçilərinin üzərinə böyük yük düşəcək.

Hücum xətti təhlükəli olsa da, müdafiədə boşluqlar verən komandadır “Çelsi”. Uesli Fofana və Adarabioyo birlikdə az oyun keçirib və yaxşı tandem olduqlarını demək olmaz. Buna baxmayaraq, xüsusilə Fofananın kifayət qədər təcrübəsi var və müdafiədən top çıxarmada bacarıqlıdır.

“Qarabağ”ın “ikinci nömrə” kimi oynayacağı gözlənilir. “Çelsi” sürətə nəzarət edib, erkən qol axtarışında olacaq. 20-25 dəqiqə qapını toxunulmaz saxlamaq “Qarabağ”ın xeyrinə olar.

“Çelsi” məğlubedilməz deyil. Xal almaq da mümkündür. Lakin rəqibin səviyyəsi onları aşkar favorit göstərir. “Qarabağ” dəfələrlə özündən qat-qat güclü rəqiblərə qarşı yaxşı oyun nümayiş etdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
futbolpress.az

1Mənbələr