AZ

Hazırda suya limit qoymağa ehtiyac yoxdur AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Son zamanlar bir çox ölkələrdə su qıtlığı problemi var. Türkiyədə də bu problem var, Azərbaycanda da içməli su kifayət qədər deyil. Bununla əlaqədar olaraq Xəzər dənizinin suyunun içməli su kimi istifadəsi üçün xüsusi layihə üzərində işlənilir, bu həyata keçiriləcək”. Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Vahid Əhmədov deyib. O bildirib ki, hələlik suya limit qoyulmasına ehtiyac olmadığını hesab edir:“Azərbaycanda suya qənaət edilməsinə ehtiyac var. İnsanlar suyu kifayət qədər qənaətlə işlətmirlər. Baxırsan ki, avtoyuma məntəqələrində suyu küçəyə buraxırlar və s. Hesab edirəm ki, əgər Xəzər dənizinin suyu email edilib, içməli su kimi istifadə ediləcəksə, bu məsələyə baxmaq lazımdır. Baxır limit necə olacaq, saatla veriləcək, yoxsa diferensial tarif olacaq? Suya qənaət etməyə ehtiyac var, bütün dünyada bu problem yaşanır”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
demokrat.az

1Mənbələr