Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Uzun müddətdir açıq qalan “lyuk”un ilk növbədə hansı quruma aid olduğu aydınlaşdırılmalıdır. Bu, Rabitəyə də aid ola bilər, “Azərenerjiyə” də, yaxud digər kommunal xidmət qurumlarına məxsus ola bilər. Rəsmi qaydada və ya qaynar xətt vasitəsilə müraciət edib məlumat dəqiqləşdirilməlidir”.Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev deyib.O bildirib ki, ola bilər ki, həmin “lyuk” qapağı oğurlanıb və qurumun bundan xəbəri yoxdur:"Ona görə də birinci mərhələdə aidiyyəti qurum müəyyən olunmalı, müraciət edilməli və daha sonra həmin qurum “lyuk” qapağını bərpa etməlidir".Ekspert bildirib ki, əgər qurumun məlumatı olsaydı, həmin əraziyə xəbərdarlıq nişanı və ya baryer qoyulardı:"Biz belə halları tez-tez müşahidə edirik. Buna görə də məlumatlar mütəmadi olaraq aidiyyəti qurumlara çatdırılmalıdır ki, problem operativ həll edilsin. Bəzən “lyuk” qapaqları oğurluq səbəbindən yoxa çıxır, bəzən də ağırtonnajlı yük maşınları üstündən keçərək qırır. Lakin çox vaxt qurum məlumatlandırılmır və mütəmadi yoxlanış da aparılmadığı üçün uyğunsuzluqlar yalnız təhlükə yarananda üzə çıxır və bundan sonra aradan qaldırılır".Qeyd edək ki, Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində uzun müddətdir açıq qalan “lyuk” həm piyadalar, həm də avtomobillər üçün ciddi təhlükə yaradıb.Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.