Onun sözlərinə görə, hazırda ixracatçılar və idxalçılar mənfəət marjasının azalmasına dözür, lakin bu vəziyyət uzun çəkməyəcək:
"İxracatçı və idxalçının qazanc marjası azalır. Onlar nə vaxta qədər buna dözəcəklər, bu, hələ bəlli deyil. Amma bir vaxt gələcək ki, şirkətlər qiymətləri artırmalı olacaqlar. O zaman bütün yük istehlakçının üzərinə düşəcək," - deyə Laqard qeyd edib.
AMB rəhbəri bildirib ki, tariflər və texnoloji tərəqqi qlobal iqtisadiyyatda əsas "transformasiya" amillərinə çevrilib:
"Tariflər dünya ticarət xəritəsini dəyişib, yeni ittifaqlar yaradıb. Digər mühüm dəyişiklik isə süni intellektin təsiridir - o, məlumat idarəçiliyindən tutmuş şəxsi münasibətlərə qədər hər sahəyə sirayət edib."
Kristin Laqard həmçinin ABŞ və Çin arasında davam edən ticarət müharibəsini "poz verilməsi" kimi dəyərləndirib:
"Bu, danışıqlar taktikasının bir hissəsidir. Hər iki tərəf güc nümayiş etdirir. Amma sonda onlar danışıqlar masasına oturmalı olacaqlar, çünki bu, hər iki iqtisadiyyatın marağındadır," - deyə AMB rəhbəri vurğulayıb.