AZ

Sumqayıtda sərxoş kişi evində tanışını döydü

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sumqayıt şəhərində iki tanış arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində baş verib. 1972-ci il təvəllüdlü Əfsən həmin ünvanda yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı Əlinin (adlar şərtidir – red.) baş nahiyyəsindən yumruq zərbələri ilə vurub. Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsin evinə qonaq gedib, yeyib içiblər: “Evdən çıxarkən Əli məndən siqaret istədim. Bu zaman aramızda mübahisə yarandı. Əli məni tutmaq istədi. Mən də onun sinə və sol çiyin tərəfindən vurdum. Həmin vaxt hər ikimiz içkili olmuşuq”.Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
demokrat.az

1Mənbələr