AZ

Marketlərdə bizi gözləyən ölüm AQTA enerji içkilərinə nəzarət edirmi?

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Enerji içkiləri zərərli olmasına baxmayaraq, bu gün marketlərdə ən çox tələbat olan məhsullardandır. Bəs mənşəyi bəlli olmayan enerji içkilərinə yetərincə nəzarət edilirmi? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Demokrat.az-a verilən məlumata görə, AQTA Kollegiyasının 28 sentyabr 2019-cu il tarixli 11 nömrəli Qərarı ilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” təsdiq edilib. Həmin kollegiya qərarında enerji içkilərinə dair tələblər yer alıb:“O cümlədən enerji içkilərinin tərkibi (keyfiyyət və təhlükəsizlik göstəriciləri) , qablaşması, etiketlənməsi, əks göstərişləri, “18 yaşdan aşağı şəxslərə satışı qadağandır” yazısı tələbi, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” yazısı, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazısı və digər qanuni tələblər əks olunub. Bununla əlaqədar ölkənin istehlak bazarında mövcud olan, enerji içkisi adı altında istehlakçılara təqdim olunan içkilərin sözügedən qaydaların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Nəzarət tədbirləri zamanı uyğunsuzluq müəyyən edildiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görülür”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
demokrat.az

1Mənbələr