AZ

Parlamentdən Zəfər Gününün 5 ci ildönümü ilə bağlı BƏYANAT

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Məclis xarici parlamentlərə və beynəlxalq qurumlara bəyanat göndərib

Milli Məclisin oktyabrın 31-də keçirilmiş plenar iclasında qəbul edilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Bəyanat xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib.

Parlamentdən AYNA.AZ-a bildirilib ki, Bəyanatda 2020-ci ilin sentyabr–noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biri olduğu, döyüş meydanında qazanılan Qələbənin siyasi-diplomatik müstəvidə də təsdiqləndiyi vurğulanır. Qeyd edilir ki, bu ilin avqustunda Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Birgə Bəyannamə imzalamaları, iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoyub, regionumuzda uzunmüddətli sülh və sabitlik yolunu açıb.

Sənəddə həmçinin qeyd olunur ki, Milli Məclis İkinci Qarabağ müharibəsində Qələbənin tarixi əhəmiyyətini vurğulayaraq, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə edir, Azərbaycan Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəkləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
6
ayna.az

10Mənbələr