AZ

Sarqsyan yenidən məhkəmə qarşısına çıxarıldı

Bu gün Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarqsyanın işi üzrə növbədənkənar məhkəmə iclası keçirilib və prokurorun vəsatəti əsasında üçüncü prezidentə qarşı qətimkan tədbirinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hakim Givi Ovannisyan bildirib ki, prokuror Tsovak Mnatsakanyan dünən axşam saatlarında Serj Sarqsyanın respublikadan kənarda qalmasının qadağan edilməsi təklifi ilə vəsatət təqdim edib.

 

Prokurorluğun məlumatına görə, onlara keçmiş prezidentin Ermənistanı tərk etməyi planlaşdıra biləcəyi barədə əməliyyat məlumatı daxil olub, buna görə də respublikadan kənarda qalmamaqla bağlı məhdudiyyətin yenidən tətbiq edilməsi üçün vəsatət təqdim edilib.

 

Seçilən
7
2
senzor.az

4Mənbələr