Bakı. Trend:
Fransanın Doleron adasında kişi sürücü qəsdən avtomobilipiyadaların və velosipedçilərin üzərinə sürüb. Hadisə nəticəsindəazı 10 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdən ikisireanimasiyada ağır vəziyyətdədir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, sürücü sonradan hadisə yerindəsaxlanılıb.
“Tutularkən həmin şəxs "Allahu Əkbər" deyə qışqırıb. Lakin motivhələlik təsdiqlənməyib və istintaq bu məsələni müəyyən etməlidir”,-deyə yerli prokuror “Le Figaro”ya açıqlamasında bildirib.
Şübhəli 35 yaşlı kişidir. O, Dolerondan 4 kilometr aralıdayerləşən kiçik balıqçı kəndində yaşayır.
Fransa mediasının məlumatına görə, o, avtomobilindəki bir neçəqaz balonu ilə maşını yandırmağa cəhd edib.